Azərbaycanda taksilərə yeni QADAĞA

5-12-2016, 13:19           
Azərbaycanda taksilərə yeni QADAĞA
Azərbaycanda taksilərə onlar üçün ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir və buna görə cəzalar müəyyənləşdirilir.

Modern.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə edilib.

Məcəlləyə əlavə edilən 322.0.8 maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir və buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru