Müdafiə Nazirliyindən tender qalmaqalı ilə bağlıAÇIQLAMA

5-12-2016, 19:08           

Gununsesi.info-nun Müdafi Nazirliyi ilə hökümət, konkret olaraq baş nazirin müavini Yaqub Eyyubov arasında “tender savaşı”nın getməsi haqda yazısına rəsmi cavab verilib.
Nazirlikdən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, ordunun təminatı ilə bağlı adıçəkilən xəbər portalında yer alan yazı məsələyə diletant və həvəskar səviyyədə yanaşmadan başqa bir şey deyil.
“Silahlı Qüvvələrin ərzaq, geyim və əşya əmlakı ilə təchizatı ən yüksək səviyyəsində dövlət tərəfindən həll olunur. Hərbi qulluqçuların hərtərəfli təminatı komandanlığın ciddi nəzarəti altında həyata keçirilir, Ali Baş Komandan və əsgər valideynləri tərəfindən yüksək qiymətləndirilir” – deyə, daha sonra nazirliyin cavabında bildirilib.
Xatırladaq ki, Gununsesi.info dünən “Zakir Həsənovla Yaqub Eyyubovun tender savaşı– ORDUNU KİM YEDİRİR?” yazısında qeyd etmişdi ki, Müdafiyə Nazirliyi ilə baş nazirin müavini Y.Eyyubov arasında “tender savaşı” gedir.
“Səfər Əbiyevdən sonra müdafiə naziri postunu tutan Zakir Həsənov tender məsələsinə girə bilmir. Səbəb isə nazirliyin tenderlərinin “qalibinin” bir qayda olaraq Baş nazirin birinci müavini Yaqub Eyyubova yaxın şirkətlər olmasıdır. Nazirlikdəki mənbənin saytımıza verdiyi bilgiyə görə, Zakir Həsənovun tenderləri özünə yaxın şirkətlərə vermək istəyi baş tutmur. Məhz buna görə də hər iki şəxs arasında ciddi konflikt yaranıb.
Məlumatda qeyd olunur ki, nazirliyin tenderləri yüz milyonlarla vəsait deməkdir. Burada ordunun ərzağı, geyimi və digər təminatı kimi məsələlər durur” – deyə, məlumatda daha sonra qeyd olunmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.