"AzMeCo" yenidən təşkil olunur

7-12-2016, 12:50           
"AzMeCo" yenidən təşkil olunur
“Azerbaijan Methanol Co.” MMC (“AzMeCo”) yenidən təşkil olunduğunu elan edib. Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb “Froil” və “Caspian Trade Company” MMC-lərin ona qoşulmasıdır. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami küçəsi, ev 50, mən. 17-18 ünvanında bildirə bilərlər.
Xatırladaq ki, “AzMeCo” “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülmüş və vaxtı keçmiş kreditlərə görə, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının nəzarətindədir. Müəssisəni Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əldə edəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.