Hava ilə bağlı heç bir avtobus reysi təxirə salınmayıb- Beynəlxalq Avtovağzal Kompleksi

9-12-2016, 14:23           

Əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərlərarası avtobuslarının fəaliyyətində problemlər yaranmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.
O bildirib ki, qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar Ağsu aşırımından istifadə olunmur, avtomobillər Bakı-Qazax yolundan istifadə edirlər.
M.Abdullayevin sözlərinə görə, hava şəraiti ilə bağlı heç bir reys təxirə salınmayıb. Bütün mövcud istiqamətlərdə avtobuslar fəaliyyət göstərib. Ancaq əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayı minimuma çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru