Baş Prokurorluğa 10-dan çox yoxlama materialı göndərib - Hesablama Palatası tərəfindən

10-12-2016, 12:08           
Baş Prokurorluğa 10-dan çox yoxlama materialı göndərib - Hesablama Palatası tərəfindən
Hesablama Palatasının (HP) fəaliyyətinin səmərəli təşkili məqsədilə müxtəlif sahələri əhatə edən 30-a yaxın qayda işlənib-hazırlanıb və qurumun kollegiyasında təsdiq edilib. “Report” xəbər verir ki, bu barədə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib.
Onun sözlərinə görə, bu gün HP-nın sayəsində dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin ümumi məbləği Palatanın saxlanılmasına sərf edilmiş büdcə vəsaitləri ilə müqayisədə dəfələrlə çoxdur: “Müqayisə üçün deyək ki, bu sahədə yalnız inkişaf etmiş ölkələrin ali audit orqanları daha yüksək göstəricilərə malikdir”.
V.Gülməmmədov onu da qeyd edib ki, HP fəaliyyət göstərdiyi 15 il ərzində korrupsiya hüquqpozmaları və maliyyə pozuntuları müəyyən edilmiş 10-dan çox yoxlama materialını Baş Prokurorluğa göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru