Haqqın.az saytında daha bir erməni jurnalist çalışacaq - FOTO

12-12-2016, 14:18           
Haqqın.az saytında daha bir erməni jurnalist çalışacaq - FOTO
Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev saytın yeni əməkdaşı, erməni əsilli Suzan Caginyan öz izləyici və oxucularına təqdim edib.

Baş redaktor bu barədə sosial şəbəkədəki səhifəsində qeyd yazıb və şəkil paylaşıb. E.Fətullayev yazıb:

"Yeni əməkdaşımız, erməni jurnalisti Süzan Caginyan. Bu gündən Ermənistandakı vəziyyətin təhlilinə başlayacaq... Yeri gəlmişkən, vaxtilə Süzan Caginyan məşhur "Комсомольская правда" qəzetinin Ermənistan üzrə xüsusi müxbiri olub, Ermənistanın təhsil nazirinin qızıdır...".

Onu da qeyd edək ki, bundan əvvəl Haqqin.az-da daha bir erməni əsilli jurnalist - Vaan Martirosyan da işləyirdi. \\musavat.com\\













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru