“Azərbaycanda 6 yeni həbsxana tikilir” - Açıqlama

12-12-2016, 15:10           
“Azərbaycanda 6 yeni həbsxana tikilir” - Açıqlama
Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir”

Bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. O, bildirib ki, həbsxanalar müxtəlif bölgələrdə - Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikilir ki, vətəndaşlar çox əziyyət çəkməsin.

Həbsxanada baş verən ölüm halları ilə bağlı suala rəis müavini belə cavab verib: “Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.

H. Əlixanov onu da bildirib ki, azadlığa çıxan məhbusların 3-də biri işlə təmin olunub və təxminən 5 min nəfəri işləyir.(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru