İsgəndər Həmidovun 67 yaşındakı ən böyük arzusu...
10-04-2015, 16:15
Bu gün Milli Azadlıq Hərəkatının liderlərindən olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun doğum günüdür. Keçmiş hərəkatçının 67 yaşı tamam olur. Bu münasibətlə Moderator.az onu arayaraq təbrik edib və 67 yaşın tamamındakı arzularını soruşub. Keçmiş nazir bildirib ki, Kəlbəcərin işğalından sonra ümumiyyətlə ailəsində doğum günlərinin dadı-duzu qaçıb, nə sevinə bilirlər, nə başqa arzular dilə gətirmək kiminsə yadına düşür. Şəxsən özünə gəldikdə isə aprel ayı onun üçün matəm ayıdır: "İnşallah ömür vəfa eləsə, Kəlbəcəri işğaldan azad etməyi Allah bizə nəsib etsə orada ad günü də keçirərik, şad günü də. Hələliksə başda Kəlbəcər olmaqla itirən torpaqlarımıza ağı deməklə kifayətlənirik."