Bakıda bir ailənin 3 üzvü bıçaqlandı
19-06-2015, 10:40
Gecə saatlarında Bakının Suraxanı rayonu ərazisində bir mənzildə 3 nəfər bıçaqlanıb. Hadisə Yeni Suraxanı qəsəbəsi, Kirov küçəsi 4 ünvanında qeydə alınıb. Həmin evdə bıçaq xəsarətləri almış 3 nəfər - paytaxt sakinləri 67 yaşlı Bağırov Aydın Yusif oğlu, onun oğlu 35 yaşlı Taleh Bağırov və Aydın Bağırovun bacısı oğlu 35 yaşlı Məmmədov Ənvər Akif oğlu bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Müəyyən edilib ki, həmin şəxslərin üçünə də bıçaq xəsarətləri eyni adamlar tərəfindən yetirilib. Hazırda bıçaq xəsarəti almış şəxslərdən ikisi Aydın Bağırovla Ənvər Məmmədovun müalicəsi xəstəxanada həkim və polis nəzarəti altında davam etdirilir. Taleh Bağırov isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Ancaq qanlı hadisənin hansı şəraitdə baş verdiyi dəqiq məlum deyilir. Faktı Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları araşdırır. Məlumata görə, bıçaqlanan şəxslərdən ata-oğul Bağırovlar əvvəllər narkotik vasitələrin alqı-satqısına görə məhkum olunub.