“Bununla bağlı istintaq gedir” – Arif Əsgərov 48 milyonluq maxinasiyadan danışdı

16-02-2017, 18:43           
“Bununla bağlı istintaq gedir” – Arif Əsgərov 48 milyonluq maxinasiyadan danışdı
Ləğv edilən Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun istintaqa çağrıldığı və həbsinə hazırlıq getməsi ilə bağlı KİV-lərdə məlumat yayılıb.
Dia.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən A.Əsgərov deyib ki, onu istintaqa çağırmayıblar: “İstintaqa çağrılmamışam. Bu nə xəbərdir yazılıb? Bu cür söz-söhbətlərin əsası yoxdur”.
Sabiq nazir müavini vaxtilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) marketinq şöbəsinin rəisi olmuş, baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq mənimsəmədə ittiham olunaraq həbs edilməsinə də münasibət bildirib:
“Bununla bağlı istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək. Mən nə deyə bilərəmki? İstintaqda adigedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyatı yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru