Hesablama Palatası üç rayona dair hesabat hazırlayıb

3-07-2015, 12:21           
Hesablama Palatası üç rayona dair hesabat hazırlayıb
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda bu nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib:

- Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə dair;
- dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Suraxanı rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə dair;
- Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru