Bakıda qan töküldü

3-07-2015, 12:22           

Dünən Bakının Nərimanov rayonunda iki köhnə tanış arasındakı mübahisə qanla nəticələnib. ANS PRESS-in məlumatına görə, hadisə F.Yusifonv küçəsi 45 A ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 19 yaşlı Vüsal Məmmədov bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Onu qarnından bıçaqlayıblar. Həkimlər yaralıya ilkin tibbi yardım göstəriblər. Yaralınn vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.

İlkin araşdırmalar zamanı onun qonşusu və tələbə yoldaşı olan bir nəfər tərəfindən bıçaqlandığı məlum olub. Lakin hələlik şübhəlinin kimliyi barədə məlumat yoxdur.

Sadəcə onu bildirirlər ki, yaralı şəxslə şübhəli şəxs arasında əvvəldən ədavət olub.

Hazırda polis hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru