Qarabağda gecə döyüşləri... - Düşmən tərəfdən yaralanan var

4-07-2015, 23:04           
Qarabağda gecə döyüşləri... - Düşmən tərəfdən yaralanan var
Bu gecə Qarabağda atışma olub. ANS PRESS-in məlumatına görə, gecə saat 01:30 radələrində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı bir erməni əsgəri güllə yarası alıb.

Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Nazirliyin açıqlamasında bildirilir ki, atışma zamanı Ermənistan ordusunun 20 yaşlı əsgəri Arsen Eduardoviç Xaçatryan ağır güllə yarası alıb.

O, dərhal hərbi hospitala aparılıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 78 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.