Bakıda ŞOK ƏMƏLİYYAT: - 27 yaşlı qadın narko-kuryer tutuldu

18-05-2017, 13:18           
Bakıda ŞOK ƏMƏLİYYAT: - 27 yaşlı qadın narko-kuryer tutuldu
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib. Lent.az xəbər verir ki, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib. Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.

Bildirilir ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru