YENİ İXTİRA: Havanı benzinə çevirdilər

19-05-2017, 08:40           

Çinin Kimyəvi Fizika İnstitutunun laboratoriyasının alimləri tərəfindən katalizator vasitəsilə havadan yanacaq hasil edilib.
Publika.az xəbər verir ki, xüsusi qurğu karbon qazı və hidrogeni benzinin analoqu hesab edilən karbohidrogen qarışığına çevirir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-da hazırlanan katalizatorların istifadə müddəti az idi. Çin alimləri isə dəmir əsaslı nanotexnologiyaların vasitəsi ilə daha davamlı katalizator hazırlayıblar.
Qabaqcıl qurğu oksid və natrium tərkibli iki növ nanozərrəcikdən ibarətdir. Birinci hissəciklər CO2 birləşməsində elektronların əlaqələrini kəsərək hidrogenin vasitəsilə yenilərini yaradır. İkinci növ seolit adlı nanohissəciklər isə çirkli havanı benzinin analoquna çevirən uzun karbohidrogen zəncirinin yaranmasında iştirak edirlər. (trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru