“Prado” aşdı - Yaralılar var

19-05-2017, 23:27           
“Prado” aşdı - Yaralılar var
Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

teref.az-nun APA-ya istinadən məlumatına görə, hadisə Qazax rayonun Daş Salahlı kəndi ərazisində qeydə alınıb. "Toyota Prado” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər, Ağstafa rayon Böyük Kəsik kənd sakini, 1983-cü il təvəllüdlü Şamilov Məhəmməd Ramiz oğlu və Gürcüstanın Rustavi şəhər sakini, 1980-ci il təvəllüdlü Qurbanov Rizvan Yusif oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru