Bakının Yasamal rayonunda 7 yaşlı qızın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. "Report"un xəbərinə görə, 2010-cu il təvəllüdlü Məhərrəmli Vəfa Hüseyn qızı yataq otağında oynayan zaman şkafa toxunub. Nəticədə şkaf V.Məhərrəmlinin üzərinə aşıb. O, ağır xəsarət alaraq valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər uşağın vəziyyətini orta sabit-ağır kimi qiymətləndirirlər.