Daha bir baş redaktor həbs olundu

7-06-2017, 21:07           

Azərbaycanda sayt rəhbəri həbs olunub.


Həbs olunan şəxs İrevan-Press.com saytının rəhbəri Azər Abbasovdur.

Azərbaycan Nəşriyyatından aldığımız məlumata görə, Azər Abbasov iyun ayının 5-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Əməliyyatçılar saytın Azərbaycan Nəşriyyatında yerləşən ofisində axtarış aparıb.

Azər Abbasova hansı ittihamlar əsasında saxlanılması ilə bağlı rəsmi bir məlumat yoxdur.

Baş Prokurorluğun mətbaut xidmətinin əməkdaşı Təranə Vəlizadə "Qaynarinfo"ya açıqlamasında Azər Abbasovun saxlanılması ilə bağlı xidmətdə məlumat olmadığını dedi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru