Mətbuat katibi Natiq Əliyevin son fotosunu paylaşdı - FOTO

9-06-2017, 18:00           
Mətbuat katibi Natiq Əliyevin son fotosunu paylaşdı - FOTO
Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva nazir Natiq Əliyevin vəfatından yazıb.
“Qaynarinfo” xəbər verir ki, tanınmış jurnalist Natiq Əliyevlə son fotosunu və yazdığı qeydləri paylaşıb:
“Həyatda gördüyüm ən ziyalı, ən mədəni , ən səmimi ,ən gözəl insan, bizim milli dəyərimiz – Natiq Əliyev! Allah Sizə rəhmət eləsin! Ruhunuz Şad olsun!
Onunla ən axırıncı şəklim. Keçən həftə bugünkü gün. “Statoil”lə görüşdə.
Adam çox idi deyə şəkildə görünmək istəmədim. Amma Siz məni çağırdınız ki, Zəminə gəl. Daha məni çağırmayacaqsınız. Tapşırıq verəndə belə “-sənə zəhmət verəcəm” – deməyəcəksiniz. Daha mənə telefonda ” Bir dəqiqə – cənab nazir sizinlə danışacaq“ deyilməyəcək. Həddindən artıq yorucu həyatda daha Sizin sözlərinizdən, rəftarınızdan enerji ala bilməyəcəm. Siz bizim qəlbimizdə həmişə yaşayacaqsınız…”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru