Bakıda yuxulu sürücü avtomobili PPX maşınına vurub

10-06-2017, 08:08           
Bakıda yuxulu sürücü avtomobili PPX maşınına vurub
akı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, yolun Avtovağzal yaxınlığından keçən hissəsində "60-BL-368" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil qarşıda gedən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə məxsus "99-AP-609" dövlət qeydiyyat nişanlı "Fiat" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Yol qəzası nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Qəza "Opel" sürücüsünün avtomobili yuxulu vəziyyətdə idarə etməsi nəticəsində baş verib. Hadisə zamanı "Fiat"da sərxoşluğun yoxlanılması üçün müvafiq məntəqəyə aparılan bir kişi və bir qadın sərnişin olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru