Bakıda sürücü gənc oğlanı vuraraq hadisə yerindən uzaqlaşıb
17-06-2017, 08:47
Bakıda 24 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1993-cü il təvəllüdlü Eyyubov Tofiq Ramiz oğlu yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Nəticədə o, kəllə-beyin travması və ayaqlarından sınıq xəsarətləri alıb. T.Eyyubov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Qeyd edək ki, piyadanı vurmuş sürücü hadisə yerindən yayınıb. Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.