Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib. “Report”un xəbərinə görə, Xocalı prospektində 1969-cu il təvəllüdlü Hüseynov Məftun İdris oğlu özünə bıçaq xəsarəti yetirib. O, hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.