Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfər edəcək
19-06-2017, 09:19
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Azərbaycana gələcəklər. "Report" xəbər verir ki, vasitəçilər bundan əvvəl Ermənistanda olublar. Onlar, həmçinin iyunun 12-də Dağlıq Qarabağda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər.