Göyçay sakininin arvadı deyil, başqa şəxs tərəfindən öldürüldüyü məlum olub

19-06-2017, 16:28           
Göyçay sakininin arvadı deyil, başqa şəxs tərəfindən öldürüldüyü məlum olub
Göyçay rayonunda qətlə yetirilən şəxsin Ucar rayon sakini tərəfindən öldürüldüyü məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 18-də rayonun Çərəkə kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət olunub.
Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
Meyit eksqumasiya edilib.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub.
Qeyd edək ki, mətubatda Sadiq Musayevin arvadı Arzu Musayeva tərəfindən öldürülməsi barədə məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru