Gəncə sakini, 1979-cu il təvəllüdlü Azər Fəxrəddin oğlu Hacıyev özünü Təcili Tibbi Yardım Məntəqəsinin həyətində yandırıb. Hurriyyet.org xəbər verir ki, hadisə Bala Bağman məhəlləsi ərazisində baş verib. Özünü yandıran şəxsin anası oğlunun ruhi xəstə olduğunu bildirib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb./report/