Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.
Rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə öldürüb.
R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.(Report)