Dövlət Departamenti: “Rusiyanın ABŞ diplomatları ilə bağlı qərarı əsassızdır”

31-07-2017, 09:05           
Dövlət Departamenti: “Rusiyanın ABŞ diplomatları ilə bağlı qərarı əsassızdır”
Rəsmi Moskvanın ABŞ diplomatları ilə bağlı qərarı əsassızdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi bəyan edib.

“Bu, təəssüf doğuran və tamamilə əsassız qərardır. Hazırda biz qərarın təsirini qiymətləndirir, müvafiq cavab hazırlayırıq. Bu səbəbdən əlavə şərhə ehtiyac duymuruq”, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, deyə V.Putin bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru