İmperatorun çaydanı 3 milyona satıldı

31-07-2017, 09:20           
İmperatorun çaydanı 3 milyona satıldı
Çində 18-ci əsrə aid çaydan hərracda 3 milyon dollara satılıb.
Publika.az xəbər verir ki, çaydanın imperator Qian Lonqun çaya olan sevgisini simvolizə etdiyi bildirilib.
Hərracda iştirak edən 10 milyonçu sözügedən çaydanı almaq üçün son ana qədər bir-biri ilə mübarizə aparıb. Sonda çaydan adı açıqlanmayan asiyalı iş adamına qismət olub.
Qeyd edək ki, bundan az əvvəl Londonda "Eqoist" adlanan dəm çaydanı 3 milyon dollara satılıb. İtaliya firmasının istehsalı olan çaydanın hazırlanmasında 1,6 min brilyant və 388 rubin daşından istifadə edilib. Çaydanın mərkəzində 6 karatlıq rubin, qapağında isə 20 karatlıq brilyant var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru