Bakıda qəza zamanı hamilə qadın körpəsini itirib

1-08-2017, 09:20           
Bakıda qəza zamanı hamilə qadın körpəsini itirib
Bakının Nəsimi rayonunda qəza zamanı hamilə qadının körpəsi tələf olub.
"Report" xəbər verir ki, qəza Xan Şuşinski küçəsində qeydə alınıb.
Əhmədov Mansur idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə dönmə əməliyyatı edərkən arxadan gələn "Range Rover" ona çırpılıb. Zərbənin təsirindən "VAZ"da olan 1984-cü il təvəllüdlü Lanskix Yelena Aleksandrovna bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, hamilə qadın qəza zamanı qarın nahiyəsindən ağır xəsarət alıb və uşağı tələf olub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru