İrəvanda qadını girov götürən şəxs vəkil tələb edirmiş

30-08-2017, 08:05           
İrəvanda qadını girov götürən şəxs vəkil tələb edirmiş
İrəvanda qadını girov götürən şəxs polis əməkdaşlarından vəkil və digər 5 vətəndaşın yanına buraxılmasını tələb edirmiş. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilir.

Lakin, polis əməkdaşları danışıqların uğursuz olması qənaətinə gələrək 31 yaşlı Qor Akopyanı zərərsizləşdirmək qərarına gəliblər. Polis snayperinin açdığı atəş nəticəsində ağır yaralanan Q.Akopyan xəstəxanada keçinib.

“Pastinfo”nun məlumatına görə, Akopyan bir müddət əvvəl ABŞ-dan deportasiya edilibmiş.

“Bıçaqla silahlanmış şəxs 1993-cü il təvəllüdlü qadına xəsarətlər yetirərək, fəaliyyət göstərməyən “Vikend” bilyard klubunda girov saxlayıb. Bundan əvvəl o, obyektin şüşələrini qıraraq, daxildəki əmlaka ciddi ziyan vurub. Bıçağı qadının boğazına dirəyərək Akopyan polis əməkdaşlarından vəkil və digər 5 vətəndaşın yanına buraxılmasını tələb edib. Əks halda o qadını qətlə yetirəcəyi ilə hədələyib”, - deyə məlumatda bildirilir.

Azad edilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun bədənində, xüsusən boğaz nahiyəsində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri, çoxsaylı küt travmalar və sınıq xəsarəti müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru