Toyda kütləvi dava - Məktəb direktoru xəsarət aldı 1-09-2017, 06:03 Cəlilabadda toyda kütləvi dava baş verib.“Report” xəbər verir ki, hadisə şəhərdə yerləşən şadlıq evlərindən birində qeydə alınıb.Dava zamanı rayonun Uzuntəpə kənd sakini Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib.R.Yusubov Cəlilabad rayon 4 saylı Uzuntəpə kənd orta məktəbinin direktorudur.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş