Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar

5-09-2017, 13:12           
Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar
Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar.
“Report” xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində uroloq, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfər tutulub. Saxlanılan şəxslər Anar Əmirli, Elməddin Musayev, Natiq Musayev və Bəhruz Hacızadədir.
Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, quldurluq hadisəsi bu il iyulun 29-da baş verib. Naməlum şəxslər K.Abdullayevin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə daxil olaraq məşhur uroloqun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru