APA-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.
Sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü alışması qeydə alınıb. Bu səbəbdən Yerin işıqlı tərəfində radio və GPS siqnallarının qəbulunda problemlər yaranıb.
Günəşdə alışmalar baş verdikdə, ayrılan plazma axını yerə doğru yönəlir. Bunun nəticəsində Yerdə maqnit qasırğaları baş verir.