Gələn həftə isti havalar yenidən Moskvaya qayıdacaq. "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, çərşənbə günü, sentyabrın 13-də paytaxt regionunda havanın temperaturu minimum yağış yağma ehtimalı ilə 28 dərəcəyə yüksələ bilər. Sinoptiklərin məlumatına görə, anomal istiləşmə 1909-cu ilin rekordunu qıra bilər. Belə ki, həmin vaxt havanın temperaturu +27,4 dərəcə təşkil edib.