Nardaranda təhlükəsizlik tədbirləri gücləndiriləcək

30-09-2017, 08:33           
Nardaranda təhlükəsizlik tədbirləri gücləndiriləcək
Dünya müsəlmanları sentyabrın 22-dən Məhərrəm ayını yaşayır, oktyabrın 1-i isə Aşuradır.
İslam inancına görə, Məhərrəmlik ayı nda toy, şadyanalıq etmək olmaz. İslam hökmlərində bu ayda bir sıra əməllər, ö cümlədən şadyanalıq haram elan edilib. Aşura günü ölkənin Azərbaycanda da məscidlərdə qeyd olunur. Bəs görəsən Aşura Bakının Nardaran kəndində necə qeyd olunacaq?
Məsələ ilə bağlı Modern.az-a danışan Sabunçu Rayon İcra hakimiyyətinin Nardaran kəndi üzrə icra nümayəndəsi Hidayət Məhərrəmov deyib ki, Nardaranda Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək.
“Aşura günü Nardaranda təhlükəsizlik tədbirləri artırılacaq. Artıq bir neçə ildir ki, Nardaranda zəncirvurma olmur. Bütün neqativ halların qarşısının alınması üçün gücləndirilmiş iş rejimində işləyəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru