Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə yeni rəis təyin olunub. teref.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, bu posta Heydərov Arzu Afət oğlu gətirilib. O, daha öncə Nəqliyyatda Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili işləyib.