Bağdad Kürdüstanda keçirilən referenduma tezliklə cavab veriləcəyini vəd edib
1-10-2017, 09:41
İraq hökuməti Kürdüstan muxtariyyətində qanunsuz keçirilən müstəqillik referendumu ilə bağlı yaxın vaxtlarda cavab tədbirlərinin görüləcəyini bəyan edib. "Report" TASS-a istinadən xəbər verir ki, bununla belə Bağdad güc ssenarisini tamamilə istisna edir. "Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var", - deyə jurnalistlərə baş nazir aparatının nümayəndəsi Saad əl-Hadisi bildirib.