Bərzani əhalinin maaşlarını verə bilmir

1-10-2017, 18:04           
Bərzani əhalinin maaşlarını verə bilmir
Şimali İraq Regional Muxtariyyəti müstəqillik referendumunun ardından maliyyə problemləri ilə qarşılaşıb.

Muxtariyyət rəhbərliyi artıq məmurların əmək haqlarını ödəyə bilməyəcəyinə dair ilk narahatedici açıqlama verib.
Qeyd edək ki, sentyabrın 30-da İraq Baş naziri Heydər İbadi bəyan etmişdi ki, neft gəlirləri öz nəzarətinə keçdiyi üçün məmurların əmək haqlarını Ərbil özü ödəməli olacaq.
Bu gün isə muxtariyyətin Milli Sərvətlər Nazirliyi bəyan edib ki, rəsmi Bağdadın onlara təklif etdiyi maliyyə məmurların əmək haqlarını ödəmək üçün yetərli deyil.
“Bağdad Şimali İraq Regional Muxtariyyətinə məmur maaşlarını ödəmək üçün 368 milyon dollar təklif edir. Ancaq muxtariyyət ərazisində işləyən məmurların əmək haqlarını ödəmək üçün 732 milyon dollar lazımdır”, - deyə, nazirliyin açıqlamasında bildirilir.
Nazirlik qeyd edib ki, maaşların Bağdad tərəfindən ödənilməyəcəyi təqdirdə büdcədə böyük kəsir yaranacaq.
Nazirlik əlavə edib ki, Bağdad bir məmur üçün ayda 370 dollar ödəyəcək ki, bu da faktiki olaraq peşmərgə, təhlükəsizlik əməkdaşları və təqaüddə olan polislərin maaş almayacağı deməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.