Britaniya etirazçıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb

2-10-2017, 08:37           
Britaniya etirazçıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Kataloniyada baş verən hadisələr fonunda etirazçıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə o, "Twitter" mikrobloqunda yazıb.
"Kataloniyada referendum İspaniya hökuməti və xalqının öz işidir. Əsas odur ki, İspaniya konstitusiyasına riayət olunsun və qanun aliliyi qorunsun", — deyə o əlavə edib.
Bundan əlavə, Böyük Britaniyanın XİN rəhbəri qeyd edib ki, İspaniya Londonun tərəfdaş və müttəfiqidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru