Venesuelada sutkalıq neft hasilatı 28 ildə ilk dəfə 2 mln. bareldən aşağı düşüb
14-11-2017, 08:58
Cari ilin oktyabr ayında Venesuelada neft hasilatı həcmi gündə 1,95 milyon barelə qədər azalıb ki, bu da bir ay əvvəlkinə nisbətdə 130 min barel azdır. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC-in noyabr hesabatında qeyd olunub. Bildirilir ki, ölkədə neft hasilatı son 28 ildə ilk dəfə olaraq sutkada 2 mln. bareldən aşağı düşüb. 2015-ci ilin göstəricisi ilə müqayisədə isə gündəlik hasilat 699 min barel azalıb.