Bakının Xətai rayonunda gənc oğlana 3 bıçaq zərbəsi vurulub. "Report" xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi, 81 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Quliyev Elcan Elşən oğlu tanıdığı adamla mübahisə edib. Nəticədə o ayaq, bədən və sağrı nahiyələrindən bıçaq zərbələri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.