Sədərək Ticarət Mərkəzində orta yaşlı kişi bıçaqlanıb
14-11-2017, 09:18
Bakıda ticarət mərkəzində dava zamanı orta yaşlı kişi bıçaqlanıb. "Report" xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində baş verib. 1985-ci il təvəllüdlü Rzayev Raman Ədalət oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.