34 yaşlı müəllim qadın dəllalı imiş - “Əvvəlcə rəqs etməyə məcbur edib, sonra...”

14-11-2017, 13:14           
34 yaşlı müəllim qadın dəllalı imiş - “Əvvəlcə rəqs etməyə məcbur edib, sonra...”
Ukraynada xoreoqrafiya məktəbinin 34 yaşlı müəllimi öz şagirdlərini Türkiyəyə fahişəliyə yollayıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Nikolayev şəhərində yerləşən obyektində o, bu bizneslə məşğul olub.

Öz şagirdlərini Türkiyəyə festival adı ilə göndərən rəqs müəlliminin əməlləri tez bir zamanda üzə çıxıb. Belə ki, Türkiyədə onları qarşılayan sahibkar əvvəlcə restorana aparıb rəqs etməyə məcbur edib, sonradan sərxoş edib qızları müxtəlif iş adamları ilə görüşdürüb. Əvvəlcə 350 dollar maaş vəd edən sahibkar sonda qızların əmək haqqısını 40 dollara endirib.

Hüquq-mühafizə orqanları bu ilin martından rəqs müəllimini izləməyə başlayıb. Odessa hava limanında ələ keçən müəllimin yanında 20 və 23 yaşlarında iki qız da olub. Demək olar ki, müəllim "iş başında" yaxalanıb. Onun 19-34 yaşlı tələbələri Türkiyəyə fahişəliyə göndərməsi sübuta yetirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.