Salyanda 1 ədəd top mərmisi aşkarlanıb

15-11-2017, 08:15           
Salyanda 1 ədəd top mərmisi aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Salyan rayonu, Həsənli kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidəki meşə zolağına baxış keçirilib, aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar edilib, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 14 noyabr 2017-ci il tarixlərində müxtəlif ərazilərdə 7514 ədəd partlamamış hərbi sursat, 203 ədəd tank əleyhinə mina və 33 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4749592 kv.m ərazi mexaniki üsulla yoxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru