Günəşin aktivliyi azalır

15-11-2017, 09:39           

Günəşdəki ləkələrin sayı sürətlə azalır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Elmlər Akademiyasının Fizika İnstitutu yanında Günəş Rentgen Astronomiyası Laboratoriyası yayıb.

“Günəşdəki ləkələr Günəş aktivliyinin əsas göstəricisidir. Onların sayı əsas parametrdir. 11 illik dövrdə bu ləkələrin sayı maksimum həddə çatır, dövrlər arası zamanda isə mərhələli şəkildə minimal səviyyəyə qədər azalır. 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində o, yenidən maksimum həddə çatacaq. Bu ana qədər isə Günəşin maqnit enerjisi tam sıfırlanacaq və ulduz demək olar ki, ideal simmetrik obyektə çevriləcək. Belə vəziyyətdə Günəş bir ilə qədər qalacaq, bundan sonra maqnit sahəsi yenidən aktivləşəcək və ləkələr peyda olacaq. Bu isə Günəşin aktivləşməsinə işarə olacaq”, – deyə məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru