Bakıda narkotik tərkibli həblər satan əczaçı tutuldu
18-11-2017, 13:55
Bakıda narkotik tərkibli həblər satan əczaçı tutulub.
teref.az APA-ya istinadla xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən aptekdə oranın işçisi Nicat Qaragözov qanunsuz psixotrop dərmanlar satdığı üçün saxlanılıb.
Aptekə baxış zamanı əlavə olaraq 20 ədəd narkotik tərkibli həb götürülüb.