Moskvada ehtiyatsızlıq bədbəxt hadisəylə nəticələnib. Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, ata evdə silahı söküb yığarkən qəfildən atəş açılıb. Güllə 11 yaşlı uşağın ayağına dəyib. Yaralanan azyaşlı xəstəxanaya aparılıb. Faktla bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.