Bakıda küçədə gənc oğlanın boynuna bıçaq zərbəsi vurulub
20-11-2017, 10:28
Bakıda küçədə gənc oğlanın boynuna bıçaq zərbəsi vurulub "Report" xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, Sarayev küçəsində 1994-cü il təvəllüdlü Ağamirzəyev Məhəmməd Rza oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib. Dava zamanı onun boyun nahiyəsinə bıçaqla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.