Tovuzda 17 yaşlı oğlan tanışına çoxsaylı bıçaq zərbələri vurub

20-11-2017, 12:14           
Tovuzda 17 yaşlı oğlan tanışına çoxsaylı bıçaq zərbələri vurub
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qovlar şəhər sakini, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov mübahisə zəminində həmyerlisi, 1995-ci il təvəllüdlü Hüseyn Kəmaləddin oğlu Quliyevə çoxsaylı bıçaq zərbələri vuraraq ona ağır xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru