"Brent" neftinin bir bareli 62 dollardan aşağı düşüb
21-11-2017, 09:22
"Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti 62 dollardan aşağı düşüb. “Report” xəbər verir ki, bu barədə ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir. Bakı vaxtı ilə 21.53-ə olan məlumata görə, "Brent" neftinin bir bareli 61,92 dollar civarında satılıb. "WTI" markalı yüngül neftin bir bareli 56,13 dollar təşkil edib.